İzmirdə 76 qeyriqanuni immiqrant tutulub | Icma.az
Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İzmirin Seferihisar və Karaburun rayonları sahillərində 40-ı uşaq olmaqla 76 qeyri-qanuni immiqrant Sahil Mühafizəsi qrupları tərəfindən yaxalanıb.
Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, İzmir Sahil Mühafizə Komandanlığı qrupları dünən saat 09.00-da Seferihisar rayonu və 09.10-da Karaburun rayonu sahillərində qanunsuz immiqrantların olduğu 2 rezin qayıq aşkarlayıb.
Qruplar hərəkətə keçərək 2 fərqli rezin qayıqda 40-ı uşaq olmaqla ümumilikdə 76 qeyri-qanuni immiqrantı yaxalayıb.
Sahilə çıxarılan qeyri-qanuni immiqrantlar əməliyyatlarının ardından İl İmmiqrasiya İdarəsi Müdirliyinə göndərilib.
Orxan Saffari Gununsesi.info Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu