İzmirdə daha bir kriminal dəstə çökdürülüb 18 nəfər qandallanıb

17.01.2025

Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyədə kriminal dəstlərə qarşı əməliyyatlar davam edir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün İzmir şəhərində cinayət təşkilatına qarşı növbəti uğurlu əməliyyat həyata keçirilib.

İzmir şəhər Jandarma Komandanlığından bildirilib ki, müxtəlif ünvanlarda  keçirilən əməliyyatlarla basqın, xərackəsmə, qəsdən xəsarət yetirmə və sair cinayətlərdə ittiham olunan 18 nəfər qandallanıb: "Dəstənin digər üzvlərinin axtarışları davam edir".

Fərid Aslan
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью