İzvestiyanın müxbiri cəbhə bölgəsində həlak oldu

04.01.2025

Teleqraf.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiyanın “İzvestiya” qəzetinin ştatdankənar müxbiri Aleksandr Martemyanov Donetsk -Qorlovka magistralında Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarənin avtomobili vurması nəticəsində həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Atəş nəticəsində "RİA Novosti"nin müxbiri və daha dörd media əməkdaşı da yaralanıb.

Qeyd olunur ki, Ukrayna hərbçiləri cəbhə xəttindən uzaqda olan mülki avtomobilə qəsdən hücum ediblər.

"Qorlovkada atışmanın nəticələrini lentə aldıqdan sonra biz Donetskə qayıdırdıq ki, avtomobilimiz kamikadze pilotsuz uçan aparatla hücuma məruz qaldı", - RİA Novosti-nin müxbiri Maksim Romanenko bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью