Icma.az xəbər verir, Olay.az saytına əsaslanaraq.
İzzət buna görə “Hammer”ini satıb
Müğənni İzzət Bağırov şəxsi avtomobilinin olmadığını açıqlayıb.
OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “El canlı” verilişində danışıb.
Bağırov idarə etdiyi “Hammer” markalı avtomobilinin satmasının səbəbindən söz açıb:
“Iki ildir ki, avtomobil sürmürəm. “Hammer” markalı avtomobilim var idi. Onu sürəndə harada istəyirdim orada da saxlayırdım. Amma indi saxlayan kimi dərhal cərimə gəlir. Ona görə də sürmürəm. Cərimə 20 manat deyil. Bitdi o məbləğdə olan cərimələr. Düşürsəm əczaxanaya 3 manatlıq dərman alırsan çıxıb görürsən ki, 40 manatlıq cərimə yazıblar”.