Icma.az, Konkret.az portalına istinadən məlumat yayır. “Sumqayıtdan konsertdən gəlirdik.
İzzət Bağırov “20 yanvar”da dedi ki, Aynur gəl səni qaçırım. Ona dedim ki, İzzət anandan qorxuram”.
KONKRET.az olay-a istinadən xəbər verir ki, bu sözləri müğənni Aynur Dadaşova qonaq olduğu “Bir gün” verilişində deyib.
Aynur bildirib ki, illər əvvəl həmkarı İzzət Bağırov onunla evlənmək istəyib: “Niyə hər zaman insan düşünür ki, əgər həmkarınla bir səhnəni bölüşürsənsə deməli aralarında nələrsə var.
Uşaqlıqdan hamı İzzətlə məni sevgili bildi, indi isə Niyam Salami ilə. O zamanlar qızlar İzzəti dəhşət dərəcədə sevirdilər.
Gəlirdilər onu görməyə İzzətdə lovğana-lovğana çıxırdı qabaqlarına. Bu uşaqlıq qısqanclığı idi, baxırdım ağlayırdım”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.