“İzzət məni qaçırmaq istəyirdi” VİDEO

02.12.2024

Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.

“Sumqayıtdan konsertdən gəlirdik. İzzət Bağırov 20 yanvarda dedi ki, Aynur, gəl səni qaçırım. Ona dedim ki, İzzət, anandan qorxuram”.

Publika.az xəbər verir ki, bu sözləri müğənni Aynur Dadaşova qonaq olduğu “Bir gün” verilişində deyib.

Müğənni bildirib ki, illər əvvəl həmkarı İzzət Bağırov onunla evlənmək istəyib:

“Niyə hər zaman insan düşünür ki, əgər həmkarınla bir səhnəni bölüşürsənsə, deməli, aralarında nələrsə var. Uşaqlıqdan hamı İzzətlə məni sevgili bildi, indi isə Niyam Salami ilə. O zamanlar qızlar İzzəti dəhşət dərəcədə sevirdilər. Gəlirdilər onu görməyə, İzzət də lovğalana-lovğalana çıxırdı qabaqlarına. Bu uşaqlıq qısqanclığı idi, baxırdım ağlayırdım”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью