İzzət xəstəlikdən əziyyət çəkən meyxanaçı üçün müraciət etdi VİDEO

11.11.2024

Icma.az, News24 portalına istinadən məlumat verir.

Müğənni İzzət Bağırov hazırda səhhətində ciddi problem olan meyxanaçı Xəyyam Əhmədlinin ziyarətinə gedib. 

News24.az xəbər verir ki, sənətçi Xəyyamın yardıma ehtiyacı olduğunu bildirib:

“Hamı bilir ki, Xəyyamın vəziyyəti yaxşı deyil. Tək meyxanaçılar yox, bütün sənət adamları yanında olsun. Sənət dostlarımızdan, onun sözlərinə mahnı oxuyanlardan xahiş edirəm ona dəstək olsunlar”.

Qeyd edək ki, Xəyyamın ürəyində problem var. Onun qarnına su yığılıb və ürəyini yenidən əməliyyat etmək mümkün deyil. Sağalması üçün ona qiyməti 130 min dollar olan aparat lazımdır. X.Əhmədli 2018-ci ildə ürəyindən anju olunub. \\axşam.az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью