Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir. “Əlimin duzu yoxdur”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Qorxmaz Əlilicanzadə qonaq olduğu “Həftənin qonağı” verilişində deyib.
Proqramın aparıcısı Ülvira Qarayevanın “Müğənni İzzət Bağırovla münasibətiniz necədir?” sualına aktyor belə reaksiya verib:“Bu söhbəti yığışdıraq.
Bu söhbət maraqlı deyil. İstəmirəm bu söhbəti danışmaq. Danışsam, buna iki saat vaxt çatmaz. O adama marağım yoxdur.
O adam haqqında eşitmək istəmirəm”. ““7-17” yarışmasında iştirak edən müğənnilərlə münasibətləriniz qalıb?” sualına Q.Əlilicanzadə belə cava
Var. Mehriban Səfərova, Bilqeyz Mehdiqızı. Amma onu çoxdan görmürəm. Hüseyn Məmmədov.
Aynur Dadaşovanı ilk dəfə mən şou proqrama dəvət edib, pul verəndə anası mənə dedi ki, nə pul.
Cavab verdim ki, Aynur yadında qalsın, nə zaman xatirə olaraq bunları danışsan deyərsən ki, ilk dəfə peşəkar səhnəyə çıxanda maaşı Qorxmaz Əlilicanzadənin əlindən almışam.