Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb
İndoneziyada zəlzələdən sonra təxminən 40 min insan evsiz qalıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Jakarta Globe”un məlumatında qeyd edilib.
Son məlumatlara görə, zəlzələ nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb, 1182 nəfər yaralanıb. Təsirə məruz qalan ərazilərdə 11.925 ev, 663 təhsil müəssisəsi, 184 dövlət binası, 182 tibb müəssisəsi, 173 dini məkan və yollar və körpülər də daxil olmaqla onlarla digər infrastruktur zədələnib.
Nəşrin məlumatına görə, xilasetmə xidmətləri itkin düşmüş insanların axtarışını davam etdirir. Təsirə məruz qalan ərazilərdə elektrik enerjisi demək olar ki, tam bərpa olunub.