Jan Klod Van Dam Putinlə görüşmək istəyir

18.04.2025

Missiya.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Hollivud ulduzu Jan-Klod Van Dam Rusiyaya  səfər etmək istədiyini açıqlayıb. O bildirib ki, Rusiyaya “sülh səfiri” kimi getmək istəyir. O bu istəyini Rusiya prezidenti VLADİMİR Putinə videomüraciətində dilə gətirib.

Missiya.Az Rusiya mediasına istinadən xəbər verir ki, aktyor müraciətində 

Putinlə ə “sülh, idman və xoşbəxtlik” mövzusunu müzakirə etək istədiyini də dilə gətirib.

Van Damm 2010-cu ildə Soçidə Rusiya prezidenti ilə görüşündən də danışıb. Aktyorun sözlərinə görə, gəzinti zamanı təsadüfən çəkməsi ilə Putinin çəkməsinə toxunub. Bundan sonra Putin cavab olaraq bu hərəkəti təkrarlayıb. 

 O, çıxışının sonunda Rusiya prezidentinə təşəkkür edib və Rusiyaya öpüş gönndərib. 

Xatırladaq ki, aprelin əvvəlində Rumıniyada Van Damm azyaşlılar da daxil olmaqla insan alverində iştirakda ittiham olunub. Bloodsport ulduzunun təxminən 10 il əvvəl cinsi köləlikdə olan beş azyaşlı qızla intim münasibətdə olduğu iddia edilir.

Elcan

Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью