JanMari Le Pen 96 yaşında dünyasını dəyişdi

07.01.2025

Icma.az, Manset portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransanın "Milli Cəbhə" Partiyasının keçmiş lideri Jan-Mari Le Pen 96 yaşında vəfat edib. 

Manset.az xarici mediaya istinadən bildirir ki, siyasətçinin ölümü barədə onun ailə üzvləri məlumat verib.

“Jan-Mari Le Pen çərşənbə axşamı vəfat edib”, - nəşr yazıb.

Jurnalistlərin məlumatına görə, siyasətçi tibb müəssisələrinin birində dünyasını dəyişib. O, son bir neçə həftədir ki, xəstəxanadadır.

Jan-Mari Le Pen 20 iyun 1928-ci ildə anadan olub. 1956-cı ildə Fransa parlamentinin ən gənc üzvü olub.

Siyasətçi 1972-ci ildə "Milli Cəbhə" partiyasına rəhbərlik edib. Jan-Mari Le Pen karyerası ərzində beş dəfə ölkə prezidentliyinə namizəd kimi təqdim edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью