JanMari Le Pen yanvarın 11də doğma şəhərində dəfn olunacaq

08.01.2025

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fransanın Milli Cəbhə partiyasının (hazırda Milli Birlik) qurucusu Jan-Mari Le Pen Fransanın qərbindəki doğulduğu La Trinite-sur-Merdə dəfn ediləcək.

APA xəbər verir ki, siyasətçinin qızı Marin Le Penin sabiq ictimaiyyətlə əlaqələr üzrə müşaviri Arnaud Stefan BFMTV-yə bildirib.

"Jan-Mari Le Penin dəfn mərasimi ən ciddi məxfilik şəraitində, La Trinite-sur-Merdə ailəsinin iştirakı ilə keçiriləcək. Orada yalnız ailə olacaq", - deyə o bildirib.

"Ouest-France" qəzeti isə öz mənbələrinə istinadən dəfnin yanvarın 11-də keçiriləcəyini yazıb.

Qeyd edək ki, “Agence France-Presse” Jan-Mari Le Penin yanvarın 7-də 96 yaşında xəstəxanada vəfat etdiyini yazıb.

Hazırda partiyanın parlament fraksiyasına rəhbərlik edən qızı Marin Le Pen atasının öldüyü gün səfərdə olub və Parisə qayıdarkən onun ölüm xəbərini jurnalistlərdən öyrənib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью