Japarov: Əvvəllər deputat olmaq istəyənlər 1 milyon dollar ödəyirdilər

01.12.2025

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Mən prezident olmamışdan əvvəl Qırğızıstanda keçirilən seçkilərə namizəd kimi qatılmaq istəyənlər yüksək məbləğdə pul verirdilər”.

Gununsesi.info xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov beynəlxalq müşahidəçilər ilə görüşündə deyib.

“Əvvəllər partiya siyahısında birinci onluğa qədər olan yerlər 1 milyon dollara qədər satılırdı. Bəzi deputatlar hətta seçicilərlə seçkiöncəsi görüşlərdə iştirak etmirdilər, çünki onlar siyahıdakı yerini almış, namizəd olmuşdular. Amma artıq korrupsiya sxemləri aradan qaldırılıb”, – dövlət başçısı bildirib.

Xatırladaq ki, noyabrın 30-da Qırğızıstanda növbədənkənar parlament seçkiləri keçirilib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью