Japarov Putinin hədiyyə etdiyi avtomobili nümayiş etdirdi

09.05.2025

Icma.az bildirir, News24 portalına istinadən.

Qırğızıstan Prezidenti Sadır Japarov Rusiya Prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi “Aurus” markalı avtomobillə 9 may bayramı üçün Bişkekə gəlib.

News24.az xəbər verir ki, bu barədə Qırğızıstan dövlət başçısının mətbuat katibi Askat Alagözova məlumat yayıb.

“Keçən il Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin prezidentimiz Sadır Nurqojoeviç Japarova Rusiya istehsalı olan iki “Arus” avtomobili hədiyyə edib”, - deyə o bildirib.

Alagözov qeyd edib ki, onlardan birində Qırğızıstan lideri Bişkekdə Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş bayram tədbirlərinə gəlib.

\\publika.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью