Japarovdan COP29la bağlı açıqlama: Ən yüksək səviyyədə...

13.11.2024

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlığı və keçirilməsini yüksək qiymətləndirib.

Gununsesi.info Report-a istinadən xəbər verir ki, bunu Qırğızıstan Prezidenti COP29-un təşkilat səviyyəsi ilə bağlı suala cavabında bildirib.

“Çox yaxşı, ən yüksək səviyyədə”, – S.Japarov vurğulayıb.

Qeyd edək ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarov xanımı Aygül Japarova ilə birlikdə noyabrın 11-də COP29-da iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.

Qırğız Respublikasının birinci xanımı Aygül Japarova noyabrın 12-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın himayəsi altında COP29 çərçivəsində Yaşıl Zonada “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfransda iştirak edib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью