Japarovdan özbəklərə və qırğızlara çağırış: Qarşıdurma...

12.11.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Seçkilər ərəfəsində Qırğızıstanın cənubunda qırğızlarla özbəklər arasında qarşıdurma yaratmağa cəhd oluna bilər.

Axar.az xəbər verir ki, bunu Qırğızıstanın Prezidenti Sadır Japarov deyib.

“Özbəklərlə qırğızlar arasında münaqişəni qızışdırmaq üçün insanların hissləri ilə oynayan və milli qüruruna toxunan yalan məlumatlar yaymaq kifayətdir”, - o bildirib.

Japarov vətəndaşları təxribatlara uymamağa və yoxlanılmamış məlumatları yaymamağa çağırıb. O, 1990 və 2010-cu illərdə baş vermiş faciəli hadisələri xatırladıb.

Qeyd edək ki, Qırğızıstanda prezident seçkiləri 2027-ci il yanvarın 27-nə təyin edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью