Jean Jacob Bicep: Qvadelupada fransız dilinin rəsmiləşdirilməsinə qarşıyıq

29.03.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

“Fransız dilinin ölkəmizdə rəsmiləşdirməsinə qarşıyıq”.

APA xəbər verir ki, bunu Qvadelupanın Azadlığı Uğrunda Xalq Birliyinin baş katibi Jean-Jacob Bicep Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda deyib.

O, fransız dilinin ölkələrində rəsmiləşdirməsinə qarşı olduqlarını vurğulayıb:” Qvadelupada ənənələri silməyə, məhv etməyə çalışırlar. Dil bizim mənsubiyyətimizdir. Dilin, mədəniyyətin aradan qaldırılmasını təhdid kimi görürük. Ancaq biz buna qarşı mübarizəmizi davam etdirəciyik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью