Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti sual "Jek"lərə pul ödəməklə bağlıdır.
Bəs görəsən, "Jek"lərə pul ödəmək qanunidir?
Lent.az xəbər verir ki, Mənzil Məcəlləsinin 139-cu maddəsinə əsasən, kommunal xidmətlərə görə ödəniş yalnız qanunvericilikdə müəyyən edilmiş tariflər əsasında və müvafiq fəaliyyət göstərən qurumlarla bağlanan müqavilələr əsasında tələb edilə bilər. Müqavilə olmadığı təqdirdə "Jek"lər, yəni Mənzil-İstismar və Təmir Tikinti Təşkilatları nə xidmət göstərə, nə də ödəniş tələb edə bilərlər".