Jensen Huang Trampın təzyiqi ilə Nvidia ya qayıtdığı iddialarını təkzib edib

25.11.2026

Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müəllif:Mehin Qasımova,Banco.az

"Nvidia" şirkətinin baş direktoru Jensen Huang vəzifəsinə qayıtmasının ABŞ Prezidenti Donald Trampın təzyiqi nəticəsində baş verdiyi barədə iddiaları rədd edib.

Banco.az xəbər verir ki, Huang bildirib ki, onun yenidən vəzifəyə təyin olunması direktorlar şurasının apardığı araşdırma və qiymətləndirmənin nəticəsidir.

O, işçilərindən üzr istəyərək şirkətin davranış qaydalarını pozduğunu etiraf edib. Huang həmçinin baş verənlərin ailəsinə və kollektivə mənfi təsir göstərdiyini bildirib.

Donald Tramp daha əvvəl Huangın yenidən rəhbər təyin edilməsi üçün şirkətin idarə heyəti ilə danışdığını bildirmişdi.

Qeyd edək ki, Huang noyabrın 12-də vəzifəsindən istefa vermiş, "Nvidia" isə noyabrın 24-də onun prezident və baş direktor vəzifələrinə qaytarıldığını açıqlamışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью