Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
Fransalı aktyor Jerar Depardyeyə qarşı aktrisa Şarlotta Arnunun təcavüz iddiası üzrə iş məhkəməyə göndərilib.
Axşam.az xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb.
Məlumata görə, hadisə 2018-ci ildə aktyorun Parisdəki evində baş verib. Şarlotta Arnu həmin il avqustun 7-də və 13-də tamaşa məşqləri üçün aktyorun malikanəsinə getdiyini bildirib. Onun iddiasına əsasən, Depardye həmin görüşlər zamanı onu dəfələrlə intim xarakterli hərəkətlərə məcbur edib.
Aktrisa iddialarını ilk dəfə 2018-ci ildə irəli sürüb. Paris Apellyasiya Məhkəməsi işi qismən təmin edib və ilkin olaraq irəli sürülən iki təcavüz epizodundan yalnız biri üzrə araşdırmanın davam etdirilməsinə qərar verib.
Bundan başqa, Parisdə aktyora qarşı daha bir şikayət üzrə araşdırma aparılır. 2025-ci ilin mayında bir aktrisa “Talasso” filminin çəkilişləri zamanı qrup halında təcavüzə məruz qaldığını iddia edib. Onun sözlərinə görə, hadisədə Jerar Depardye və yazıçı Mişel Uelbek də iştirak edib.