Jeremi Qnali “Qarabağ”da

02.02.2026

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

Daha öncə xəbər verdiyimiz kimi, "Qarabağ" heyətinə yeni futbolçu qatıb.

Apasport.az xəbər verir ki, Kiprin AEK (Larnaka) klubu ilə bir müddətdir davam edən danışıqlar uğurla yekunlaşıb.
Fransalı futbolçu Jeremi Qnalinin “Qarabağ”a transferi ilə bağlı razılıq əldə olunub. 
Sol cinah müdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb. Fransanın “Mets” klubunun yetirməsi olan arxa xətt oyunçusu “Qarabağ”da 24 nömrəli forma ilə çıxış edəcək.
23 yaşlı sol cinah müdafiəçisi karyerası ərzində “Mets B”, İspaniyanın “Tarazona” və “Melilya” komandalarında da çıxış edib.
Qeyd edək ki, AEK klubuna 2024-cü ilin avqustunda transfer olunan Jeremi Qnali Kipr təmsilçisinin heyətində keçirdiyi 60 oyunda 7 assistlə yadda qalıb.

"Sabah"dan 2 rekord "Kəpəz" üçün tarixi matç: AZƏRBAYCAN FUTBOLUNDA 4-CÜ "Qarabağ"ın yetirməsi I Liqa klubunda - RƏSMİ "Qəbələ"nin futbolçusu 2-ci oldu - MÖVSÜM ƏRZİNDƏ "Neftçi" 1030 gündən sonra ilki bacardı: KOMANDADA NƏTİCƏLƏR DÜZƏLİR...
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью