Jerusalem Post: İsrail Türkiyə ilə müharibəyə hazır olmalıdır

08.01.2025

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

“İsrail Türkiyə ilə birbaşa qarşıdurmaya hazır olmalıdır”.

Globalinfo.az xəbər verir ki. bu barədə “The Jerusalem Post” Nagel Komitəsinin hesabatına istinadən yazıb.

Məqalədə Türkiyənin Osmanlı İmperiyasını bərpa etməyə çalışdığı bildirilib.

Komitə İsrailin illik müdafiə büdcəsinin dörd milyard dollar artırılmasını təklif edib.

Qeyd edək ki, bundan öncə “Yeni Şafak” İsrailin kürdləri dəstəkləmək üçün Dəməşqi işğal etməyə razılaşa biləcəyi haqda məlumat dərc edib. Nəşr bildirib ki, bu, Türkiyənin bütün Suriyada təsirini genişləndirməsinə mane olacaq.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью