Jezuş: “Heç nə məni narahat etmir”

02.10.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuş yığmanın düşərgəsini tərk edən Kriştiano Ronaldo ilə bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis kapitanın bu davranışının yığmaya təsir etməyəcəyini bildirib:

“Qarşıda Norveçlə oyunumuz var. Bütün diqqətimiz bu matçdadır. Komanda daxilində nələr olduğunu anlayıram. Bilməsəm, çətin olardı. Amma vəziyyəti başa düşürəm və heç nə məni narahat etmir.

Əsas məsələ birliyimizdir və baş verənlər komandaya təsir göstərmir. Heç bir böhran bizim birliyimizi pozmur”.

Ronaldo bir neçə gün əvvəl öz istəyi ilə millinin düşərgəsini tərk edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью