Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Barselona”nın hücumçusu Qabriel Jezus komanda yoldaşı Rafinyanın möhtəşəm çıxışını yüksək qiymətləndirib.
İdman.Biz "tribuna.com" saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu “Barselona”da onu ən çox təsirləndirən oyunçu barədə danışarkən konkret bir ad seçməyin çətin olduğunu bildirib.
“Yalnız birini seçmək çətindir”, - deyə Jezus bildirib.
O, Rafinyanın çıxışından danışarkən isə təriflərini əsirgəməyib:
“Rafinya od püskürür. O, inanılmaz oyunçudur. Bizə çox kömək edir”.
Jezus komanda yoldaşları ilə münasibətlərinin yaxşı olduğunu da vurğulayıb. O, ən çox danışdığı futbolçunun Joao (Kanselo) olduğunu söyləyib:
“Hər kəslə əla münasibətim var, amma deyərdim ki, Joao ilə çox danışıram”.
Braziliyalı hücumçu keçmiş məşqçisi Pep Qvardiolanı da xatırlayıb və onu “çox taktiki məşqçi” kimi xarakterizə edib.