futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuş düşərgədən ayrılan Kriştiano Ronaldo haqqında danışıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis portuqaliyalı futbolçunun istədiyi vaxt yığmaya qayıda biləcəyini deyib:
“Ronaldo ilə problemimiz yoxdur. Qayıtmaq istəsə, növbəti oyunlar üçün ona dəvət göndərəcəyik. Getmək özünün qərarıdır. “Əl Nəsr”də davamlı oynasa, yığmaya çağırılacaq”.
Ronaldo bir neçə gün əvvəl öz istəyi ilə millinin düşərgəsindən ayrılıb. Portuqaliya mətbuatının iddiasına görə, hücumçu baş məşqçi Jezuşun onu oynatmadığı üçün bu qərarı verib.