Jezuş Ronaldu ilə bağlı qərarını qətiləşdirdi

05.10.2026

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

Portuqaliya milli komandasının baş məşqçisi Jorje Jezuş "Qızıl top"un beşqat qalibi Kriştianu Ronaldunun yenidən yığmaya dəvət olunmasına müsbət yanaşdığını bildirib.

Fanat.Az xəbər verir ki, informasiyanı "A Bola" yayıb.

Jezuş qeyd edib ki, Ronaldunun gələcəyi ilə bağlı qərar oyunçunun özündən asılıdır. Onun sözlərinə görə, hücumçu futbol oynamağa davam edərsə və milli komandada çıxış etmək istəyərsə, istənilən vaxt yığmaya qayıda bilər. Baş məşqçi tərəflər arasında yaranmış vəziyyətin anlaşılmazlıqdan ibarət olduğunu və bunun asanlıqla aradan qaldırıla biləcəyini vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Kriştianu Ronaldunun Millətlər Liqasının qrup mərhələsində Danimarka ilə keçirilən üçüncü tur matçından (4:2) əvvəl Portuqaliya yığmasının düşərgəsini tərk etdiyi məlum olmuşdu. Futbolçu bu qərarının səbəbləri barədə gələcəkdə açıqlama verəcəyini söyləyib.

Portuqaliya Futbol Federasiyasının rəsmilərinin gələn həftə hücumçu ilə görüşərək onunla Jezuş arasında münasibətləri yaxşılaşdırmağa çalışacağı gözlənilir.

Əlisahib İbrahimli

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью