Jirinovskinin X hesabı dirildi : Sirli bəyanat paylaşıldı

13.03.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Liberal Demokrat Partiyasının qurucusu Vladimir Jirinovskinin "X" sosial şəbəkəsindəki hesabında gözlənilmədən mesaj paylaşılıb. İsmarışda bildirilib ki, yaxın zamanda hadisələrin gedişatını dəyişəcək bir olay baş verəcək.

Oxu.Az-ın məlumatına görə, paylaşımda gözlənilən dəyişikliyin təfərrüatları açıqlanmır.

"Bir çoxları şok olacaq. Gözləyin", - deyə mesajda qeyd edilir.

Paylaşıma qaranlıq bir siluet şəkli əlavə edilib. Ehtimal ki, bu, Jirinovskinin özünün əksi ola bilər.

Qeyd edək ki, siyasətçinin hesabında əvvəlki mesaj 2023-cü ilin iyun ayında paylaşılmışdı. Həmin mesajda naməlum şəxslərin RLDP-nin "X"dəki hesabına giriş əldə etdiyi bildirilirdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью