Joao Feliks Avropaya qayıtmağı düşünür

28.09.2026

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Əl-Nəsr"in hücumçusu Joao Feliks Avropaya qayıtmaq planları barədə danışıb. Sport24.az xəbər verir ki, 26 yaşlı futbolçu bu barədə AS nəşrinə açıqlama verib:

"Avropaya qayıtmağı planlaşdırıram, amma bəlkə də dərhal yox. Bunun cari mövsümün, yoxsa növbəti mövsümün sonunda baş verəcəyini bilmirəm, lakin geri qayıtmaq, yenidən Çempionlar Liqasında oynamaq və orada bir daha mübarizə aparmaq istəyirəm.

"Barselona"da oynamaq məni çox xoşbəxt etdi. Bu, həm mənim, həm atamın, həm də qardaşımın uşaqlıq arzusu idi. Bu, bir şərəf idi".

Qeyd edək ki, Feliks 2025-ci ilin yayından "Əl-Nəsr"də çıxış edir. Onun Səudiyyə klubu ilə müqaviləsi 2027-ci il iyununda başa çatır. O, 2025/26 mövsümündə 47 oyunda 26 qol vurub və 18 məhsuldar ötürmə edib. Hücumçu karyerası ərzində "Milan", "Çelsi", "Barselona", "Atletiko" və "Benfika" kimi klubların formasını geyinib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью