Joao Feliks bu kluba keçir

22.07.2025

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Portuqaliya millisinin və "Çelsi"nin hücumçusu Joao Feliks sabiq klubu "Benfika"ya qayıdacaq.

"Unikal" xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.

26 yaşlı hücumçu artıq transferlə bağlı "Benfika" ilə razılığa gəlib. Yaxında tərəflərin müqavilə imzalayacağı gözlənilir. 

Qeyd edək ki, Feliks 2015-2019-cu illərdə "Benfika" sistemində olub. O, daha sonra 127,5 milyon avroya "Atletiko"ya keçib.  Feliks ötən mövsümün yarısında isə icarə əsasında "Milan"da oynayıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью