Joao Feliksin növbəti dayanacağı Aston Villa ola bilər

20.03.2025

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

"Çelsi"yə məxsus Joao Feliks karyerasını "Aston Villa"da davam etdirə bilər.

İdman.biz xəbər verir ki, icarə əsasında "Milan"da çıxış edən 25 yaşlı hücumçu Birmingem klubunun maraq dairəsinə düşüb.

Londonlular portuqaliyalı futbolçunun satılmasına qarşıdır və onun növbəti dəfə icarəyə verilməsinin tərəfdarıdırlar. "Aston Villa"nı Feliksin yüksək maaş alması çətin vəziyyətdə qoyub.

Qeyd edək ki, Joao yanvardan "Milan"da icarə əsasında oynayır. O, 10 oyunda 1 qol vurub, 1 ötürmə verib.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью