Joao Pedro “Çelsi” ilə müqaviləsini yeniləyəcək

01.08.2026

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Joao Pedro "Çelsi" ilə yeni müqavilə imzalayacaq.

İdman.Biz bu barədə "The Athletic" qəzetinə istinadən məlumat verir.

Braziliyalı hücumçunun London klubu ilə hazırkı müqaviləsi 2032-ci ilə qədərdir. O, "göylər"in yaxın həftələrdə müqaviləsini uzatması gözlənilən yeganə oyunçu deyil.

Joao Pedro 2025-ci ilin iyul ayında "Brayton"dan "Çelsi"yə 60 milyon funt sterlinqə keçib. O, ötən mövsüm Premyer Liqada 35 oyun keçirib, 15 qol vurub və beş məhsuldar ötürmə edib və komandanın ən çox qol vuran oyunçusu olub.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью