Icma.az, Footbal-plus saytına istinadən bildirir.
“Turan Tovuz”un futbolçusu zədələnib.
Misli premyer-liqasının 23-cü turunda “Araz-Naxçıvan”ı qəbul edən “bozqurdlar” itki ilə üzləşib. Meydan sahiblərinin yeni hücumçusu Joarlem Batista zədələnib. Həkimlərin müdaxiləsindən sonra 36-cı dəqiqədə onu meydandan çıxarıblar.
Braziliyalının durumuna aydınlıq gətirmək məqsədi ilə “Turan Tovuz”un mətbuat xidməti rəhbəri Süleyman Tağıyevlə əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı:
“Müalicəsi davam edir. Həkimlər oyuna qədər zədəsini sağaltmağa çalışırlar. Son qərar oyun günü veriləcək”.
ƏSƏD SEYİDOV