“Jodi” dinozavrının skeleti 9 milyon dollar dəyərində qiymətləndirilib

08.10.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Oktyabrın 27-də Nyu-Yorkdakı Sotheby’s hərracında nanotiранn “Jodi”nin skeleti satışa çıxarılacaq. Lotun ilkin qiyməti 6–9 milyon dollar müəyyən edilib. Halbuki əvvəllər bu nümunə gənc tirannozavr-reks hesab olunur və 20 milyon dollar dəyərində qiymətləndirilirdi.

Bu statusun dəyişdirilməsi 2025-ci ildə dərc olunan araşdırma ilə bağlıdır. Alimlər nanotiранnın tirannozavrın cavan fərdi deyil, müstəqil cins olduğunu təsdiqləyiblər. Onun 150 morfoloji fərqi müəyyən edilib.

Skelet 2019-cu ildə ABŞ-ın Montana ştatında, Hell-Krik formasiyasında aşkar edilib. Tapıntını yerli fermer təsərrüfatının sahibi Jodi Pirson edib.

Təxminən 2 metr hündürlüyündə və 6 metr uzunluğunda olan skeletin 55 faizi qorunub. Buraya 35 dişi olan kəllə də daxildir. Sotheby’s onu məlum olan cəmi üç nanotiранn skeletindən biri və bu cins rəsmən tanındıqdan sonra hərraca çıxarılan ilk nümunə adlandırır.

Dinozavr qalıqlarına maraq son illərdə artır. İyul ayında “Gus” adlı tirannozavr 50,1 milyon dollara satılaraq dinozavr fosilləri üzrə rekord müəyyən edib. Onun qalıqları 2021-ci ildə Cənubi Dakotada tapılıb və sümüklərin 61 faizi qorunub.

Əvvəlki rekord isə 2024-cü ildə 44,6 milyon dollara satılan “Apex” adlı steqozavra məxsus idi.

Bununla belə, alimlər fosillərin şəxsi kolleksiyalara keçməsindən narahatdırlar. Professor Riçard Batler bildirib ki, muzey kolleksiyalarından kənarda qalan fosillər elmi tədqiqatlar üçün itirilmiş hesab olunur.

Bunun əks nümunəsi “Apex”dir: milyarder Kenneth Griffin tərəfindən alındıqdan sonra steqozavr skeleti Amerika Təbiət Tarixi Muzeyinə təhvil verilib.

Hazırladı:

S.ELAY

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью