Jordan Veretu: Qarabağın heyətində çox təhlükəli və keyfiyyətli futbolçular var

27.11.2024

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

"Lion"un futbolçusu Jordan Veretu Avropa Liqası Liqa fazasının "Qarabağ"la keçiriləcək matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Sportal.az xəbər verir ki, 31 yaşlı fransalı yarımmüdafiəçi sabahkı oyunun çətin keçəcəyini bildirib:

"Qarabağ"ın heyətində çox təhlükəli və keyfiyyətli futbolçular var. Yaxşı hücumlar qurmağı bacarırlar. Rəqibin heyətində yer alan Yassin Benzia əvvəllər "Lion"da çıxış edib. Öz performansımi bərpa etməyə çalışıram. Müxtəlif mövqelərdə oynamağı bacarıram. Hər şey baş məşqçinin qərarından asılıdır. Qalib gəlmək üçün bütün gücümüzü səfərbər etməliyik. Oyun çətin keçəcək".

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью