Jorj Mikautadze: “Bir gün mütləq Bakıya gələcəm” MÜSAHİBƏ İdman və Biz

29.11.2024

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Avropa Liqasının Liqa mərhələsinin V turunun "Qarabağ" - "Lion" matçından (1:4) sonra qonaqların futbolçusu Jorj Mikautadze Apasport.az saytına müsahibə verib.

İdman.biz xəbər verir ki, o, qarşılaşmanı dəyərləndirib.

- Oyunu necə şərh edərdiz?
- Birinci hissədə bizə bir az çətin oldu. İkinci yarıda baş məşqçi oyun üslubunu dəyişdi. Bunun faydasını meydanda gördük. Beləcə daha çox qol vurduq.

- Qələbədən məmnunsan?
- Bakıya 3 xal üç xal üçün gəlmişdik. Bizim üçün önəmli olan oyun ərzində çoxsaylı qollar vurmaq yox, qələbə qazanmaq idi.

- "Qarabağ" haqda nə deyə bilərsən?
- “Qarabağ” çox yaxşı komandadır. Onların bu gün qol vurmaq üçün çoxlu şansları oldu. Xoşbəxtlikdən ələ keçirdikləri fürsətlərdən istifadə edə bilmədilər. Biz daha çox qol vurduq. "Qarabağ"ın oyunu xoşuma gəldi.

- Bakını gəzməyə vaxtın oldu? Şəhərimizi bəyəndin?
- Bakıda olduğumuz müddətdə şəhəri gəzməyə çıxdım. Paytaxtınız çox xoşuma gəldi. Gözəl şəhəriniz var. İstirahət üçün bir gün mütləq bura gələcəm.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью