Jorj Mikautadze: “İstirahət üçün bir gün mütləq bura gələcəm”

29.11.2024

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa Liqasının Liqa mərhələsinin V turunun "Qarabağ" - "Lion" matçından (1:4) sonra qonaqların futbolçusu Jorj Mikautadze apasport.az saytına müsahibə verib.

- Oyun barədə düşüncələrin...
- Birinci hissədə bizə bir az çətin oldu. İkinci yarıda baş məşqçi oyun üslubunu dəyişdi. Bunun faydasını meydanda gördük. Beləcə daha çox qol vurduq.

- Qələbədən məmnunsan?
- Bakıya 3 xal üç xal üçün gəlmişdik. Bizim üçün önəmli olan oyun ərzində çoxsaylı qollar vurmaq yox, qələbə qazanmaq idi.

- "Qarabağ" haqda nə deyə bilərsən?
- “Qarabağ” çox yaxşı komandadır. Onların bu gün qol vurmaq üçün çoxlu şansları oldu. Xoşbəxtlikdən ələ keçirdikləri fürsətlərdən istifadə edə bilmədilər. Biz daha çox qol vurduq. "Qarabağ"ın oyunu xoşuma gəldi.

- Bakını gəzməyə vaxtın oldu? Şəhərimizi bəyəndin? 
- Bakıda olduğumuz müddətdə şəhəri gəzməyə çıxdım. Paytaxtınız çox xoşuma gəldi. Gözəl şəhəriniz var. İstirahət üçün bir gün mütləq bura gələcəm.

İsmayıl Xeyrullayev

Qurban Qurbanov: “Ustalıq çox yuxarı səviyyədədir” Pyer Saj: “Qarabağ” daha çox qol vura bilərdi” Xəqani Məmmədov: “Psixoloji üstünlük “Qarabağ”ın tərəfindədir” ÇL: Həftənin oyunçusu adına namizədlər açıqlanıb ÇL: "Borussiya"dan səfər qələbəsi, "Liverpul" "Real"ı məğlub etdi - YENİLƏNİB
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью