Jorj Mikautadze: “İstirahət üçün bir gün mütləq bura gələcəm” EKSKLÜZİV | Icma.az
Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq. Avropa Liqasının Liqa mərhələsinin V turunun "Qarabağ" - "Lion" matçından (1:4) sonra qon
- Oyun barədə düşüncələrin... - Birinci hissədə bizə bir az çətin oldu. İkinci yarıda baş məşqçi oyun üslubunu dəyişdi.
Bunun faydasını meydanda gördük. Beləcə daha çox qol vurduq. - Qələbədən məmnunsan? - Bakıya 3 xal üç xal üçün gəlmişdik.
Bizim üçün önəmli olan oyun ərzində çoxsaylı qollar vurmaq yox, qələbə qazanmaq idi. - "Qarabağ" haqda nə deyə bilərsən?
- “Qarabağ” çox yaxşı komandadır. Onların bu gün qol vurmaq üçün çoxlu şansları oldu.
Xoşbəxtlikdən ələ keçirdikləri fürsətlərdən istifadə edə bilmədilər. Biz daha çox qol vurduq. "Qarabağ"ın oyunu xoşuma gəldi.
- Bakını gəzməyə vaxtın oldu? Şəhərimizi bəyəndin? - Bakıda olduğumuz müddətdə şəhəri gəzməyə çıxdım. Paytaxtınız çox xoşuma gəldi.
Gözəl şəhəriniz var. İstirahət üçün bir gün mütləq bura gələcəm.
Tam oxu
Xəbəri oxu