Icma.az, Apasport portalına istinadən məlumat yayır.
Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuş komandanın kapitanı Kriştiano Ronaldonun yığmadakı gələcəyi ilə bağlı fikirlərini açıqlayıb.
Apasport.az xəbər verir ki, 41 yaşlı hücumçunun baş məşqçi ilə yaşadığı fikir ayrılığından sonra millinin düşərgəsini vaxtından əvvəl tərk etməsinə baxmayaraq, Jezus Ronaldoya ehtiyac duyduğunu bildirib:
“İstərdim ki, o, millidə karyerasını öz istədiyi kimi başa vursun. İlk dəfə onu milliyə çağıranda dedim: “Sən mənə lazımsan”. Oynayacaqsan, ya yox – fərqi yoxdur, mənə lazımsan. İndi də heç nə dəyişməyib.
Mən milli komandanın baş məşqçisiyəm və çağırılan bütün oyunçuları özüm müəyyənləşdirirəm. Kriştiano xüsusilə uşaqlar üçün böyük simvoldur və bütün dünya üçün nümunədir. İstəyirəm ki, o, milli komandadakı karyerasını özü istədiyi şəkildə başa vursun”.
“Real” üçün kabus kimi “El-Klassiko” – "Barselona"dan 7:0 "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...” “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib