Jorjinyo “Arsenal”dan ayrıldı

28.05.2025

Icma.az bildirir, Idmanxeber.az portalına istinadən.

Jorjinyo “Arsenal”dan azad agent kimi ayrıldı.

İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi Braziliya təmsilçisi “Flamenqo” ilə 3 illik müqavilə imzalayıb. O, Klublararası Dünya Çempionatında da “qırmızı-qaralar”ın heyətində çıxış edəcək. 

Xatırladaq ki, Jorjinyo cari mövsümə Premyer Liqada 15 oyunda çıxış edib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью