Jose Mourinyudan Real Madrid rəhbərliyinə Bernardo Silva tələbi

07.06.2026

Icma.az bildirir, Fanat portalına istinadən.

"Real Madrid" klubunda Florentino Peresin yenidən prezident seçiləcəyi təqdirdə komandanın sükanı arxasına keçəcək Jose Mourinyunun planı bəlli olub.

Fanat.Az xəbər verir ki, təcrübəli portuqaliyalı mütəxəssis rəhbərlikdən ulduz futbolçu Bernardu Silvanın transfer edilməsini istəyib.

İspaniya mətbuatının yazdığına görə, Mourinyunun gəlişi reallaşarsa, bu keçid transfer pəncərəsinin əsas hədəfi olacaq.

Portuqaliyalı pleymeykerin də yenidən qurulacaq heyətdə yer almağa müsbət yanaşdığı iddia edilir.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью