Joy Tour və Joy Travel MMC nin təsisçilərinin məhkəməsi oldu

01.06.2026

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müxtəlif xarici ölkələrdə turlar təşkil etmək adı ilə vətəndaşların yarım milyona dək pulunu mənimsəməkdə təqsirləndirilən "Joy Tour" və "Joy Travel"MMC-nin təsisçiləri Rəşad İlyasov və Nərmin Fətullayevin cinayət işinin növbəti məhkəməsi keçirilib. 

"Unikal"ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclasda zərərçəkənlər barələrində həbs olmayan qətimkan tədbiri seçilən təqsirləndirilənlərin həbs olunmaları ilə bağlı məhkəməyə vəsatət təqdim ediblər. Buna əsas kimi isə zərərçəkənlərə dəymiş zərərin bu müddət ərzində ödənilməməsi göstərilib.

Müşavirədən sonra zərərçəkənlərin vəsatəti qismən təmin edilərək təqsirləndirilənlərdən Rəşad İlyasov barəsindəki qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilərək o məhkəmə zalındandan həbs olunub.

Məhkəmənin növbəti iclası iyunun 8- nə təyin edilib.

Qeyd edək ki,istintaq zamanı müəyyən edilib ki,"Joy Tour" və "Joy Travel"MMC-nin təsisçiləri Rəşad İlyasov və Nərmin Fətullayev çoxsaylı vətəndaşları aldadaraq onlar üçün müxtəlif xarici ölkələrə aviabiletlər və turlar təşkil etmək adı ilə onların külli miqdarda pullarını mənimsəməkdə təqsirləndirilirlər. 

Araşdırmalarla məlum olub ki, təqsirləndirilənlər əlbir olaraq 40 nəfərin 360 min manatını mənimsəyib.

İstintaq müddətində mənimsənilən məbləğin kiçik bir hissəsi zərərçəkənlərə qaytarılıb.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью