Joze Morinyo: 4 qol buraxsaq, 5 qol vura bilmərik

20.08.2025

Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo sabah "Benfika" ilə oyundan əvvəl açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, açıqlamalarında deyib:

"Fənərbağçanın baş məşqçisi kimi “Nitsa” ilə oynamağa üstünlük verərdim. "Benfika" "Nitsa"dan qat-qat güclüdür. Biz daha yaxşı oynamalıyıq. Onların güclü futbolçuları və yaxşı məşqçisi var. Yaxşı müdafiə edirlər və qol buraxmırlar. Onlar əks-hücumları bilirlər. Onların yaxşı əvəzediciləri və çoxlu həll yolları var. Onlar Çempionlar Liqasının komandasıdır. "Benfika"dan 4 qol buraxsaq, 5 qol vura bilmərik. Biz daha yaxşı oynamalıyıq."

Fərid

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью