Joze Morinyo: Əsas məqsədimiz pley offa vəsiqə qazanmaqdır

12.08.2025

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

"Fənərbağça"nın baş məşqçisi Joze Morinyo bu gün UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Feyenoord" ilə qarşı-qarşıya gələcək.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Joze Morinyo oyundan əvvəl jurnalistlərə açıqlama verib.

O, açıqlamalarında deyib:

"Azarkeşlərimiz istədikləri vaxt rəqibimizə çətin ab-hava yaradırlar. Çətin səfər oyununda oynadıq. Bu aqressiv deyildi, amma yaxşı bir atmosfer idi. Azarkeşlərimiz istədikləri zaman bizə müsbət atmosfer yarada bilərlər. Sabahın ab-havası azarkeşlərimizin əlindədir. Mən hələ də növbəti mərhələyə adlamaq şansımızın 50-50 olduğunu düşünürəm. Biz mərhələnin ortasındayıq. Əsas məqsədimiz pley-offa vəsiqə qazanmaqdır."

Fərid

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью