Joze Mourinyo: Bizim tək məqsədimiz var, o da qazanmaqdır

26.08.2025

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında bu gün "Fənərbağça" səfərdə "Benfika" ilə qarşılaşacaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Baş məşqçi Joze Mourinyo oyundan əvvəl müsahibə verib.

O, bu sözləri deyib:

"Liqamızdakı oyundan da göründüyü kimi, bəzi oyunçularımızı yormadıq. Çox seçimimiz yoxdur. "Benfika"nın müdafiəsi çox güclüdür. Onlar həm də hücumda uğur qazanırlar, boşluqları yaxşı doldururlar. Demək istəyirəm ki, "Benfika" yaxşı komandadır, bizim tək məqsədimiz var, o da qazanmaqdır."

Fərid Əhmədov

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью