Joze Mourinyo bu dəfə Yusuf ən Nəsiri ilə mübahisə edib

19.03.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Fənərbağça"da baş məşqçi Joze Mourinyo ilə futbolçular arasında "soyuq müharibə" gedir.

Oxu.Az xəbər verir ki, Alan Sent-Maksimenlə problem yaşayan portuqaliyalı mütəxəssisin Yusuf ən-Nəsiri ilə də münasibətləri korlanıb.

İddiaya görə, mərakeşli hücumçu sosial şəbəkə hesabında Mourinyonu izləmədən çıxarıb.

Forvardın bu addımı hansı səbəbdən atdığı hələlik bəlli deyil.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью