Joze Mourinyo Duşan Tadiçdən narazıdır

21.03.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Fənərbağça" klubunun futbolçusu Duşan Tadiç mövsüm sonunda "Ayaks"a geri dönə bilər.

Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, 36 yaşlı futbolçunun performansı Joze Mourinyonu razı salmadığı üçün klub rəhbərliyi Tadiçlə yolları ayırmaq qərarına gəlib.

"Ayaks" klubu isə futbolçunun geri qaytarılması mövzusuna elə də isti yanaşmır.

Qeyd edək ki, Duşan Tadiç bu mövsüm "Fənərbağça" forması ilə 43 rəsmi oyunda meydana çıxıb, 11 qol vurub, 15 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью