Joze Mourinyo əməliyyat üçün ölkə xaricinə yollanacaq

21.12.2024

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin "Fənərbağça" klubunun baş məşqçisi Joze Mourinyo əməliyyat üçün bu həftəsonu ölkə xaricinə yollanacaq.

"Report" "Record"a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssisin səhhəti ilə bağlı problem dəqiqləşdirilməyib.

Qeyd edək ki, "Fənərbağça" son dörd oyunu qələbəsiz başa vurub. Komanda hazırda Super Liqanın turnir cədvəlində 36 xalla ikinci yerdə qərarlaşıb.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью