Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Portuqaliyalı mütəxəssis ötən gecə Türkiyə Kubokunun yarımfinalında "Fənərbağça" - "Qalatasaray" matçından sonra rəqib komandanın baş məşqçisi Okan Buruka qarşı qeyri-etik hərəkət edib.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, Joze Mourinyonun bu hərəkəti təcrübəli çalışdırıcının minimum üç, maksimum isə 10 oyunluq cəzalandırılmasına səbəb ola bilər.
Belə ki, Joze Mourinyo 10 oyunluq cəza alacağı təqdirdə 90 gün yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, "Fənərbağça" - "Qalatasaray" görüşü qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.