Joze Mourinyo harada işləyəcək?

29.08.2025

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Joze Mourinyonun məşqçilik karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcəyi gözlənilir.

İdman.biz xəbər verir ki, "Fənərbaxça" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazana bilmədiyi üçün portuqaliyalı mütəxəssislə yollarını ayırıb.

Bukmekerlərin fikrincə, Mourinyonun növbəti iş yeri olmaq ehtimalı ən yüksək komanda "Vest Hem"dir. London təmsilçisi 2 turdan sonra 0 xalla Premyer Liqada sonuncu - 20-ci pillədə qərarlaşıb.

Daha sonra isə "Nottingem Forest" və Şotlandiya çempionatına ardıcıl üç heç-heçə ilə başlayan və Çempionlar Liqasına düşə bilməyən "Reyncers"in adları çəkilir.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью