Joze Mourinyo karyerasını Rusiyada davam etdirə bilər

02.09.2025

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Bu günlərdə "Fənərbaxça"dan ayrılan Joze Mourinyo Rusiyada çalışa bilər.

İdman.biz bu barədə Rusiya mediasına istinadən xəbər verir.

Portuqaliyalı mütəxəssis meneceri vasitəsilə rusiyalılarla danışıqlara başlayıb.

62 yaşlı məşqçi Rusiyada işləmək üçün köməkçiləri ilə birlikdə illik 20 milyon avro maaş və 2 illik müqavilə istəyib.

"Fənərbaxça" UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Benfika"ya məğlub olduqdan sonra Joze Mourinyo istefaya göndərilib. O, daha əvvəl "Çelsi", "İnter" və "Real" kimi top klubları da çalışdırıb.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью